Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Doğum gününü qeyd edib hərbi xidmətə getdi…”- Şəhidin atası

“Doğum gününü qeyd edib hərbi xidmətə getdi…”- Şəhidin atası

Bu gün aprel Şəhidlərimizdən olan Mahmud Azər oğlu İbrahimovun doğum günüdür. Ailəsi Cəbrayıl rayonundan qaçqın düşən Mahmud İbrahimov 1997-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olub. Mahmud Bayıl qəsəbəsində yerləşən 40 saylı Laçın orta məktəbini bitirib. Bundan əlavə idmanın güləş növü ilə məşğul olub. Bir neçə dəfə birinci, ikinci yerləri tutaraq medallar qazanıb. Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan əsgər Mahmud İbrahimov aprelin 9-da Zabrat qəsəbəsindəki qəbristanlıqda böyük izdihamla dəfn edilib. 
Bu gün Şəhidimizin doğum günüylə bağlı atası Azər İbrahimov Moderator.az-a bunları deyib:
“Mahmudun Şəhid olmasından sonra ikinci doğum gününü qeyd edirik. Bununla bağlı evimizdə Şəhid ailələri, yaxınlarım, qonşularım bizə toplaşıblar. Mən hamıya minnətdaram ki, belə gündə bizi tək qoymurlar. Çox böyük acıdı övlad acısı, amma mən bir Şəhid atası kimi oğlumla fəxr edirəm. Fəxr edirəm ki, oğlum məni hamıya tanıtdı. Mahmud heç vaxt doğum günün qeyd etmirdi. Hərbi xidmətə getməyinə bir ay qalmış doğum günü qeyd edib getdi. Dedi ki: “Doğum günümü keçirib gedib. Bilmək olmaz sonra necə olacaq”. Sanki nələrisə hiss etmişdi. Elə onun bir il öncə feyzbuk statusu da hamını məttəl qoyub. Statusunda da Şəhid olacağını yazıb. Bu gün biz Mahmudsuz onun doğum günün qeyd edirik. 20 yaşı tamam olur. Allah bütün Şəhid ailələrinə səbr versin. Çox sağ olun ki, belə gündə bizi axtarırsınız”.
Şəhidimiz Mahmud İbrahimovla bağlı əməkdaşımızın hazırladığı geniş reportajımızı da bu linkə daxil olmaqla oxuya bilərsiniz: (http://moderator.az/news/185726.html ).
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın