Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib

Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib

“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində məhkəmə qərar verib.

Musavat.com xəbər verir ki, məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***

“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.

APA-nın məlumatına görə, vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın