Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Kontakt Home bizi necə aldadır? – 230 manatlıq Samsung J2 prime 342 manata

Kontakt Home bizi necə aldadır? – 230 manatlıq Samsung J2 prime 342 manata

Dəfələrlə vətəndaşların narazılıqlarına baxmayaraq hələ də mobil operatorlar abunəçilərinə hem bir xəbərdarlıq etmədən reklam xarakterli məlumatlar yollayırlar. Vu vətəndaşlarla mobil operator arasında bağlanmış müqavilənin kobud şəkildə pozulması deməkdir. Xəttin aktiv statusda qalması üçün vəsait ödəyən və mobil operatorlara gəlir verən vətəndaşlara qarşı adətən bu reklamlarda fırıldaqşılığa daha çox yol verilir. Satış məqsədilə reklam mətnlərini yayan bəzi müəssisələr əlbəttə ki buna görə mobil operatorlara pul ödəyirlər. Nəticə etibarilə də həm mobil operatorlar reklam verənlərdən, həm də pulla satdıqları abunəçilərin şəbəkəsindən gəlir əldə edirlər. Sonucda da aldanan insanlar olur.

Məlumat üçün qeyd edək ki, artıq Türkiyə və Gürcüstanda vətəndaşın icazəsi olmadan onun mobil telefonuna reklam məqsədli sms-lərin göndərilməsi qanunla qadağan olunub.

Kontakt Home bizi necə aldadır?

Məsələn GUNDEMİNFO.AZ-a müraciət edən istehlakçılar daha çox Kontakt Home dükanlar şəbəkəsinin reklamlarından şikayətçidirlər. Şikayətçilər deyir ki, mütəmadi olaraq onlara satış məqsədilə güya faizsiz, ilkin ödənişsiz kreditlər təklif edilir. Məsələn bu günlərdə kütləvi olaraq abunəçilərə “ayda cəmi 19 manata, ilkin ödənişsiz Samsung J2 Prime” mətnləri gəlir.

Kontakt Home bizi necə aldadır?

Bizim araşdırmalar zamanı bəlli olub ki, Samsung J2 Prime telefonları 18 aylıq kreditlə verilir. İlkin ödəniş olmasa da bu mobil telefonlar 18 aydan sonra vətəndaşa 342 manata başa gəlir. Hazırda ölkə daxilində telefon satışı ilə məşğul olan bir sıra dükanlarda bu telefon markasının qiyməti 230-260 manat arasında dəyişir. Deməli Kontakt Hom-un təklif etdiyi “ayda 19 manat ilkin ödənişsiz” telefonlar əslində 18 ay üçün 50 faiz kreditlə, 100 manat baha qiymətə satılır. 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın