Cümə axşamı , May 2 2024
Ana səhifə / Media / Bölgələrdəki çimərliklərə necə nəzarət olunur? – VİDEO

Bölgələrdəki çimərliklərə necə nəzarət olunur? – VİDEO

Aran bölgəsində yayın istisində sərinləmək istəyənlər əsasən Mingeçevirdəki çimərliklərə üz tuturlar.

Son günlər havaların nisbətən sərin keçməsi bu məkana gələnlərin sayına təsir etsə də, bu gündən su hövzələrinə axın artıb. Böyüklü-kiçikli hər kəs suya daxil olub sərinləməyə can atır. Çimərliyə yerli sakinlərlə yanaşı, digər rayonlardan gələnlər də var.

Sakinlər deyirlər ki, təhlükəsizliyə də nəzarət edilir.

Mingəçevirdəki çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici qrupları fəaliyyət göstərir. Ərazidə təhlükə yarana biləcək hisssələrə şarlar qoyaraq həm uşaqları, həm də böyükləri xəbardar edirlər.

Xilasedicilər bildirirlər ki, əsasən gənclər qaydalara əməl etmirlər və bəzən boğulma təhlükəsi ilə üzləşirlər. Çimərlikdə baş verə biləcək hər hansı xəsarət və ya təhlükəni aradan qaldırmaq üçün isə burada növbəli şəkildə təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Kürətrafı rayonlardan Salyan və Sabirabdda da çimərliklər mövcuddur. Yerli qurumların məlumatına görə, həmin ərazilərdə də xilasedicilər fəliyyət göstərir və çayın ətrafına xəbərdaredici nişanlar qoyulub.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın