Ana səhifə / Media / Bakıda şəhid bulağı söküldü, yerində kababxana-pivəxana açıldı – FOTOLAR

Bakıda şəhid bulağı söküldü, yerində kababxana-pivəxana açıldı – FOTOLAR

Yasamalda “Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb.

Oxu.az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yeni Yasamalda – Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilib ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi tikilmişdi. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

“Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, – şikayətçilərdən biri redaksiyaya yazdığı məktubunda qeyd edib.

Bu gün redaksiyanın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün, sözügedən əraziyə yollanıb. Onun verdiyi məlumata əsasən, bulaq, həqiqətən də, sökülüb.

Ancaq o bunun səbəbini öyrənməyə cəhd etsə də heç bir nəticə əldə edə bilməyib. Müxbir obyekt əməkdaşları tərəfindən təzyiqə və təhqirə məruz qalıb. Özünü Haci kimi təqdim edən obyekt əməkdaşı, bulağın sökülməsi və yerində obyektin tikintisi üçün heç kimdən icazə almadıqlarını, bütün bu işləri özbaşına həyata keçirtdiklərini bildirib.

Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın