Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Reyhanın vurularaq öldüyü yolda yenilik

Reyhanın vurularaq öldüyü yolda yenilik

Azərbaycanlı idmançı, dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın qəza nəticəsində ölməyindən artıq 4 gün keçib. 

“Qafqazinfo” xəbər verir ki, hadisədən sonra aidiyyatı qurumlar Nobel prospektində Reyhanın vurulduğu piyada keçidini təhlükəli hesab edərək onu ləğv ediblər. Bu barədə DJ Tural Yusifov məlumat yayıb. O, hadisə yerindən video paylaşaraq qeyd edib ki, keçiddəki ağ zolaqlar qara rənglə əvəzlənib. Aparıcı onu da əlavə edib ki, bu qərar absurddur. Belə ki, keçidin ləğv ediləcəyi halda piyadaların keçməsi üçün ən yaxın yer 2 km uzaqda yerləşir və sakinlər üçün ciddi problem yaranacaq.

Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Bakının Xətai rayonu Zığ şosesində Masallı rayon sakini Əlifağa Məmmədovun idarə etdiyi “BMW” markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşın Reyhan Məmmədovanı vuraraq öldürüb. Sürücü həbs edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın