Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Dəhşətli istilər gəlir… fəsadlardan necə qorunmalı?

Dəhşətli istilər gəlir… fəsadlardan necə qorunmalı?

Həkimlər bir neçə tövsiyəyə ciddi əməl etməyi məsləhət görür

Sinoptiklər iyul ayının ən isti ay olacağını proqnozlaşdırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşımızdakı həftədə havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edib. Belə ki, iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-37 dərəcə, bəzi yerlərdə isə 39 dərəcə isti olacağı gözlənilir.

İyulun 3-dən 6-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil. Azərbaycanın rayonlarında isə hava şəraiti yağmursuz olacaq. Gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. İyulun 3-dən 7-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 41-43 dərəcə, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacağı gözlənilir.

Bəs aşırı istilərdən necə qorunaq? Bir sıra mütəxəssis isti günlərdə saat 10:00-16:00 aralığında çölə çıxmamağı tövsiyə edir. Ancaq təbii ki, bir çoxları üçün bu saatlarda çölə çıxmamaq mümkün deyil. Ən azı işləyənlər məcburən çölə çıxırlar. Məhz buna görə də çölə çıxarkən açıq rəngli, yüngül, dar olmayan və möhkəm toxunmuş parçalardan tikilən geyimlər geyinməyə üstünlük verməlisiniz. Bundan başqa, kənarları geniş və hava dəlikləri olan şapka geymək olar.

Qeyd olunan saatlarda dənizə girməməli və günəşlənməməlisiniz. Yay gəldiyi üçün hər kəs arıqlamaq və sağlamlıq üçün idmanın müxtəlif sahələri məşğul olmağa başlayır. Bu cür havalarda idmanla məşğul olmaq üçün səhər və axşam saatları seçilməli, hər bir saatlıq idman üçün ən az 2-4 stəkan maye qəbul edilməlidir. Vücud istiliyinin yüksəlməməsi üçün tez-tez duş alınmalıdır. Bu mümkün olmadıqda isə ayaqlar, əllər, üz və peysər soyuq su ilə yuyulmalı və ya silinməlidir.

Susuzluk hissi olmasa belə hər gün ən az 14-21 su stəkanı maye istemal edilməlidir. Yalnız ürək-damar xəstəlikləri, hipertoniya, piylənmədən əziyyət çəkən və böyrəklərində problemi olan insanlara çox maye istifadə etmək məsləhət deyil. Mütəxəssislər isti havalarda daha çox yaşıl çay içməyi tövsiyə edilər. Yaşıl çay susuzluğu götürür, qara çay isidici effektə malikdir, kofe isə əksinə, susuzluq əmələ gətirir və orqanizmdən duz və mineralları yuyub aparır. Nanəli sərin çay, reyhan dəmləməsi istilərdə ən gözəl içkidir.

Yeməklərə gəlincə isə isti havalarda bədənimizin nəm tarazlığı dəyişir və daha çox su itiririk. Həddindən artıq istilərdə qan qatılaşır. Buna görə də isti havalarda qidalanmaya diqqət etmək lazımdır. Yemək bişirərkən qızartma və qovurma yerinə qaynatma, qızartma, öz suyunda və ya az suda bişirmə kimi sağlam bişirmə üsulları tətbiq olunmalıdır. Bundan başqa, soyuq doğramac və ya qaspaçço kimi yeməklər də sizi həm sərinləşdirəcək, həm də orqanizminizi lazımlı rütubətlə təmin edəcək.

Günvurmalara gəlincə isə Günəş şüaları altında çox qalan və gün vuran adama təcili yardım göstərilməzsə, o şəxsdə hansısa bir travma qala, hətta ölə bilər. Həkimlər günvurmanın başın birbaşa gün şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranması olduğunu deyirlər. Bu zaman beyinin qan damarları genişlənir və ona güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması halı da baş verə bilir ki, bu da mərkəzi və periferik əsəb sisteminin pozulmasına gətirib çıxarır.

Günvurmanın əlamətlərinə gəlincə, bunlar qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qanın axması və görmə qabiliyyətinin pozulması da baş verə bilər. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Günvurma dəri yanması ilə də müşahidə oluna bilər. Buna misal olaraq qızartı, suluq və sairə göstərmək olar.

Qeyd edək ki, günvurmanın 3 növü – yüngül, orta və ağır dərəcəli günvurma var. Günvurma zamanı ilkin yardım zərərçəkəni kölgəyə və sərin yerə aparmaq, başı yuxarı olmaqla uzatmaq, onu dar paltarlardan azad etmək, sərin su vermək, alın, qoltuqaltı və digər iri damarlar keçən nahiyələri soyuq su ilə silmək və ya kompres qoymaq lazımdır. Əgər qıcolma, huşun pozulması kimi ağır hallarda isə tibbi müdaxilə tələb olunur.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın