Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / İqtisadiyyat / Putin müdafiə nazirini Ankaraya göndərdi

Putin müdafiə nazirini Ankaraya göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqunu qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının saytında yayımlanan xəbərdə görüşün yerlı vaxtla 15:00-da keçiriləcək

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri arasında iyunun 30-da telefon danışığı olub. İki dövlət başçısı əsasən, Suriya böhranı haqqında müzakirələr aparıb.

Kreml sözügedən telefon danışığı haqqında yaydığı xəbərdə qeyd edib ki, tərəflər 4 iyulda Suriya böhranına dair Astana görüşündə müzakirə ediləcək məsələləri gözdən keçiriblər.

Son günlər Türkiyənin Suriya ərazilərində yenidən hərbi əməliyyat keçirməsi ehtimalı artır. Müşahidəçilər hesab edirlər ki, Rusiya müdafiə nazirinin gözlənilməz Ankara səfəri də bununla bağlıdır. Çünki hazırda Suriyada ən çox hərbi üstünlüyə malik ölkə Rusiyadır. Mümkündür ki, generalın Ankara səfəri zamanı türk ordusunun Suriyada keçirəcəyi əməliyyatların detalları müzakirə edilsin.

Həmçinin oxuyun

“Bank of Baku”nun problemli kreditləri 19% artıb – Ən çox şikayət olunan bankdır

Azərbaycanın aparıcı banklarından biri olan “Bank of Baku” ASC-nin problemli kreditləri artıb.Bu ilin ilk rübünün …

Bir cavab yazın