Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Zaur Baxşəliyevin şaftalı ağacından yıxılaraq ölməsi ilə bağlı ATV-dən rəsmi açıqlama

Zaur Baxşəliyevin şaftalı ağacından yıxılaraq ölməsi ilə bağlı ATV-dən rəsmi açıqlama

Bu gün ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyevin ölüm xəbəri yayılıb. Məlumatda bildirilir ki, o şaftalı ağacından yıxılaraq dünyasını dəyişib. Hətta sosial şəbəkədə hər kəs bununla bağlı məşhur aparıcının fotolarını paylaşaraq təəssüfləndiklərini bildirirlər.

Sözügedən məsələ ilə bağlı ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov unikal.org-a açıqlama verib.

ATV rəsmisi bildirib ki, bu xəbəri ilk dəfə indi eşidib. “Bu məlumatdan indi xəbərim oldu və nə dərəcədə doğru olduğunu öyrənmək üçün Zaurla əlaqə saxladım. Bu bir kobud zarafata oxşayır. Zaur Baxşəliyevin ölümü ilə bağlı yayılan məlumat əsassızdır. Bir az öncə Zaurla danışdım. Zaur bildirib ki, məlumat yalnışdır. Narahatçılığa əsas yoxdur. Həmçinin onu da deyim ki, o, bu gün də iş başında olub. Zaurun şaftalı ağacında nə işi var ki, dünyasını da dəyişsin. Bu bir zarafatdır və belə informasiyaların yayılması insanların sevgisindən irəli gəlir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın