Ana səhifə / Media / Azərbaycanda yeni fond yaradılacaq – İşsizlərə müavinət verilməsi üçün

Azərbaycanda yeni fond yaradılacaq – İşsizlərə müavinət verilməsi üçün

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib. O qeyd edib ki, qanun layihəsi uzun müddətdir Prezident Administrasiya ilə birgə hazırlanır və işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.
4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın