Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Qızıl Xaç” əməkdaşları girovluqda saxlanılan Elnur Hüseynzadə ilə görüşüblər

“Qızıl Xaç” əməkdaşları girovluqda saxlanılan Elnur Hüseynzadə ilə görüşüblər

Ermənistan hərbçiləri tərəfindən girov götürülən Elnur Hüseynzadə ailəsinə məktub göndərib. Bu barədə “Azvision”a girovun atası Elman Hüseynov məlumat verib. O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları E.Hüseynzadəyə baş çəkiblər.

“Məktub çox qısadır. “Salam” və “sağ olun” sözləri yazılıb. Həmçinin oğlum vəziyyəti ilə bağlı yalnız bir söz yazıb: “Salamatam”. Elnura görə çox narahatam. O, bizim yeganə övladımızdır”.

Xatırladaq ki, Hüseynzadə Elnur Elman oğlu fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində girov götürülüb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın