Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Məhkəmə polis rəisinin keçmiş müavininə bəraət verib

Məhkəmə polis rəisinin keçmiş müavininə bəraət verib

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirlən polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.

Bu barədə “Report”a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə N.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın