Ana səhifə / Sosial / “Əclaflar, şərəfsizlər sizləri güllələtdirəcəm, asacam” – Jirinovski Dumada qalmaqal çıxardı

“Əclaflar, şərəfsizlər sizləri güllələtdirəcəm, asacam” – Jirinovski Dumada qalmaqal çıxardı

Rusiyanın LDPR partiyasının sədri Vladimir Jirinovski yenə qalmaqallı çıxışla yadda qalıb.
Avropa.info xəbər verir ki, Dumanın iclasında çıxış edən Jirinovski Moskva vilayət hakimiyyətini öz partiyadaşlarını bilərəkdən sıxışdırmaqda ittiham edib. Deputat Oksana Puşkina ittihamlara cavab olaraq regionu sakit qoymağa çağırıb. Məhz bundan sonra qalmaqal başlayıb. Jirinovski tribunada deputatları güllələmək və asmaqla təhdid edib:
“Seçkilərdən danışıram, Ruzada LDPR deputatlarına birbaşa təzyiq olub. 7 nəfəri satın alıb, qorxudub siyahıdan çıxmağa məcbur ediblər. Seçkidən kənarlaşdırıblar. Bunlara süd mafiyası komanda verir. Bizə deyirlər bu haqda danışmayaq. Danışacağıq. Sizi də məhkəməyə verəcəyik. Gələn ilin martında Kremldə olacam. Əclaflar, şərəfsizlər sizləri güllələtdirəcəm, asacam”.
Duma sədri Vyaçeslav Volodin Jirinovskidən özünü yığışdırmağı tələb edib. Duma sədrinə etiraz əlaməti olaraq LDPR deputatları tam heyətdə parlamenti tərk ediblər.
Koridorda jurnalistlərə açıqlama verən Jirinovski bu sözləri deyib:
“XXI əsrdir, bütöv bir partiyanı parlamentdən kənara atırlar. Qubernatorlar özlərinə lazım olan deputatları yığıblar, onlar isə susurlar. Moskva vilayəti od tutub yansa, bir deputat çıxıb nəsə deməyəcək”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın