Bazar ertəsi , May 13 2024
Ana səhifə / 2018 / Mart (səhifə 39)

Monthly Archives: Mart 2018

37 yaşlı müəllim 14 yaşlı şagirdindən uşaq doğdu – RƏZALƏT

Amerikada 37 yaşlı qadın müəllim 14 yaşlı şagirdindən uşaq dünyaya gətirib. Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2012-ci ildə Florida ştatında baş verib. Şagirdin ailəsi oğullarının davamlı olaraq Laura Linn Kross adlı müəllimin evinə getməsi, onunla çox zaman keçirməsindən şübhələnərək, məktəb direktoruna müraciət ediblər. Məsələ ilə bağlı araşdırma …

Ətraflı oxu »

Gözəllik yarışında qalmaqal: müsabiqə təxirə salınıb

Venesuelanın ən önəmli gözəllik yarışması olan “Miss Venesuela” tac qazanan bəzi gözəllərin rüşvətxor siyasətçi və biznemenlərlə pul qarşılığında cinsi əlaqəda olmaları iddiası ilə qeyri-müəyyən müddətə təxirə salınıb. Qaynarinfo xəbər verir ki, sözügedən iddia dövlətə aid neft şirkətinə açılan cinayət işi zamanı ortaya çıxıb. Məsələ ilə əlaqədar yarışma üçün namizəd hazırlayan bir …

Ətraflı oxu »

Səhnəyə qumbara atıldı – 24 nəfər yaralandı

Pakistanın Dera-İsmail-Xan şəhərində festival zamanı səhnəyə qumbara atılması nəticəsində 24 nəfər yaralanıb. Onların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralananlar arasında bir neçə uşaq və təhlükəsizlik xidmətinin iki əməkdaşı da var. Festival başa çatmadan dayandırılıb, hadisə yeri mühasirəyə alınıb, terrorçuların tapılması istiqamətində iş aparılır. (AzNews.az)

Ətraflı oxu »

Lerik rayonu güclü külək səbəbindən işıqsız qalıb

Ötən gün axşam saatlarından etibarən Lerik rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib. “Report”un Cənub bürosunun məlumatına görə, nəticədə rayonun kəndlərinə verilən elektrik enerjisi kəsilib. Elektrik enerjisi verilişinin dayandırılmasının qabaqlayıcı tədbir olduğu bildirilir. Külək tam sakitləşdikdən sonra briqadalar xətləri yoxlayaraq, enerji verilişi bərpa olunacaq. Külək, eyni zamanda ayrı-ayrı …

Ətraflı oxu »

Sabah Bakıda 16 dərəcə isti olacaq – PROQNOZ

Martın 26-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz …

Ətraflı oxu »

Sergey Karaqanov: “Azərbaycan səhv etməsə, udacaq”

Məşhur analitik və iqtisadçı, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri Serqey Karaqanov haqqin.az-a müsahibə verib. Virtualaz.org bildirir ki, regionda və dünyada gedən bir çox proseslərlə bağlı fikirlərini bölüşən politoloq müxbirin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının perspektivləri və dünyadakı mövcud dəyişikliklər fonunda Azərbaycanın yeri ilə bağlı suallarını da …

Ətraflı oxu »

Ermənistan dünyanın ən bədbəxt ölkəsidir- Reytinq

Ermənistan dünyanın ən xoşbəxt ölkələrinin reytinqində 129-cu sırada qərarlaşıb. Trend-in məlumatına görə, 2017-ci illə müqayisədə Ermənistan bu reytinqdə 8 pillə geriləyib. Siyahı BMT-nin beynəlxalq araşdırma qrupu tərəfindən hazırlanmış “Xoşbəxtlik haqqında ümumdünya hesabatı – 2018” adlı xalqların rifahı haqqında illik sənəddə yer alıb. Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial …

Ətraflı oxu »

Xəzərin sahilindəki qanunsuz tikililər söküləcək

Xəzər dənizinin sahilboyu zolağında özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə sənədlər aidiyyəti məhkəmələrə təqdim edilib. Trend-in məlumatına görə, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində mövcud olan 140 obyektdə monitorinq aparılıb. Nəticədə Torpaq Məçəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı olan 46 hal üzrə inzibati xəta törədən …

Ətraflı oxu »

Qarabağda erməni əsgəri öldü

Ermənistan ordusu işğal altında olan Dağlıq Qarabağda daha bir itki verib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, martın 24-də saat 16.55 radələrində Dağlıq Qarabağ ərazisində yerləşən qanunsuz hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü əsgər Armen Arutunyanın meyiti aşkar edilib. Erməni əsgərin ağacdan yıxılaraq öldüyü bildirilir.

Ətraflı oxu »

İcra başçısının maşınının üstünə ağac aşdı – Foto

Masallıda güclə külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib. APA-nın Cənub bürosunun məlumatına görə, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb. Ağacın “BMW” markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.

Ətraflı oxu »