Ana səhifə / Sosial / Lerik rayonu güclü külək səbəbindən işıqsız qalıb

Lerik rayonu güclü külək səbəbindən işıqsız qalıb

Ötən gün axşam saatlarından etibarən Lerik rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

“Report”un Cənub bürosunun məlumatına görə, nəticədə rayonun kəndlərinə verilən elektrik enerjisi kəsilib.

Elektrik enerjisi verilişinin dayandırılmasının qabaqlayıcı tədbir olduğu bildirilir. Külək tam sakitləşdikdən sonra briqadalar xətləri yoxlayaraq, enerji verilişi bərpa olunacaq.

Külək, eyni zamanda ayrı-ayrı təsərrüfatlarda tikililərin dam örtüklərinə qismən ziyan vurub.

Bu gün səhər külək nisbətən səngiyib. Rayon mərkəzinə enerji verilişi bərpa olunub.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …