Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Ermənistan dünyanın ən bədbəxt ölkəsidir- Reytinq

Ermənistan dünyanın ən bədbəxt ölkəsidir- Reytinq

Ermənistan dünyanın ən xoşbəxt ölkələrinin reytinqində 129-cu sırada qərarlaşıb.

Trend-in məlumatına görə, 2017-ci illə müqayisədə Ermənistan bu reytinqdə 8 pillə geriləyib.

Siyahı BMT-nin beynəlxalq araşdırma qrupu tərəfindən hazırlanmış “Xoşbəxtlik haqqında ümumdünya hesabatı – 2018” adlı xalqların rifahı haqqında illik sənəddə yer alıb.

Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb.

Qonşu Gürcüstan reytinqdə 1 pillə yüksələrək 128-ci yeri tutur. Azərbaycan 87-ci, İran – 106, Türkiyə – 74, Rusiya isə 59-cu sıradadır.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …