Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Xəzərin sahilindəki qanunsuz tikililər söküləcək

Xəzərin sahilindəki qanunsuz tikililər söküləcək

Xəzər dənizinin sahilboyu zolağında özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə sənədlər aidiyyəti məhkəmələrə təqdim edilib.

Trend-in məlumatına görə, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində mövcud olan 140 obyektdə monitorinq aparılıb. Nəticədə Torpaq Məçəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı olan 46 hal üzrə inzibati xəta törədən şəxslər 388 min manat cərimə edilib.

Monitorinq nəticəsində aşkarlanmış 34 zəbt olunma faktı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

Eyni zamanda, 11 hal üzrə sənədlər özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə aidiyyəti məhkəmələrə təqdim edilib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …