Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sergey Karaqanov: “Azərbaycan səhv etməsə, udacaq”

Sergey Karaqanov: “Azərbaycan səhv etməsə, udacaq”

Məşhur analitik və iqtisadçı, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri Serqey Karaqanov haqqin.az-a müsahibə verib.

Virtualaz.org bildirir ki, regionda və dünyada gedən bir çox proseslərlə bağlı fikirlərini bölüşən politoloq müxbirin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının perspektivləri və dünyadakı mövcud dəyişikliklər fonunda Azərbaycanın yeri ilə bağlı suallarını da cavablandırıb.

S.Qaraqanov bildirib ki, o, mövcud münaqişələrin həll ediləcəyini düşünmür, çünki onlar son 25 il ərzində dünyada baş verən tektonik dəyişikliklərin nəticəsidir.

Dünyadakı proseslər fonunda Azərbaycanın yerinə gəlincə, politoloq qeyd edib ki, şükür Allaha, Azərbaycan hələlik müdrikcəsinə manevr edir: “Və onun vəziyyəti də kifayət qədər əlverişlidir, çünki elə mövqe tutub ki, demək olar, bütün böyük dövlətlərlə – İran, Türkiyə, Çin və Rusiya ilə dostluq edir

Üstəlik Şərq-Qərb Axınının – biz onu “bir kəmər– bir yol” adlandırırıq, müəyyən hissəsi Azərbaycandan keçir. O müxtəlif istiqamətlərə uzanır. Bundan başqa, Azərbaycanın ərazisi vasitəsilə daha bir güclü Şimal-Cənub Axını (Bakıda bunu hələ tam dərk etmirlər) keçəcək. Onun haqqında uzun müddət danışırdılar, amma indi o reallığa çevrilir. Onun vasitəsilə Hindistan yenidən bura qayıdacaq və ya əksinə, Rusiya Hindistana, İrana gedəcək. Buna görə, əgər Azərbaycan səhvlər etməsə, onda siz, sözsüz, qalib gələcəksiniz”.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …