Şənbə , Aprel 27 2024
Ana səhifə / 2018 / Fevral (səhifə 134)

Monthly Archives: Fevral 2018

Naxçıvan Hərbi Məhkəməsinin sədri vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin fevralın 13-də keçiriləcək iclasında müzakirə ediləcək. İclasda Qasım Vəli oğlu Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq. Bildirilib ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən …

Ətraflı oxu »

Haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR – Bizi necə aldadırlar…

Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı “ Halal” sertifikatı ilə satılır. Azərbaycanda “ Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını “ Halal” yarlığı ilə təqdim …

Ətraflı oxu »

İlham Əliyev 2018-ci il seçkilərinə yenilənmiş komanda ilə gedir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin əvvəlki iclaslarında dəfələrlə ciddi mesajlarla çıxış edərək bir-birini təkrarlayan qurumların ləğv ediləcəyi anonsunu verib. Elə həmin anonslardan sonra hökumətdə ciddi struktur dəyişiklikləri aparıldı. Bir sıra yeni və strateji qurumlar yaradılarkən, bəziləri də ləğv edilərək digərlərinə birləşdirildi. Sonuncu optimallaşdırma siyasəti Nəqliyyat Nazirliyinin ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …

Ətraflı oxu »

“Hesablama Palatası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib –FOTOLAR

Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin (“Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri,  millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların …

Ətraflı oxu »

Depressiyadan əziyyət çəkənlər ən çox bu sözləri işlədirlər

Ekspertlər depressiyadan əziyyət çəkən insanlar tərəfindən ən çox hansı sözlərin istifadə edildiyini öyrəniblər. AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, eksperiment zamanı müasir texnologiyaların köməyi ilə forumlarda, sosial media postları və onlayn gündəliklərdə olan minlərlə mesaj analiz edilib. Ən ümumi sözlər, eləcə də leksik müxtəliflik, cümlələrin uzunluğu, tipik qrammatik konstruksiyalar …

Ətraflı oxu »

“Mədəniyyət Meydanı”nın qonaqları

Qırğızıstanın KTRK dövlət telekanalının qonağı olduq. Tam bir saat “Mədəniyyət Meydanı” verilişi bizim fəaliyyətimizə həsr olundu. Verilişdə Yüksək kateqoriyalı diktor Jıpara xanım Şabdanaliyeva Ulu Öndərimiz Heydər Əliyevin 95 illiyi ilə əlaqədar, General mayor Həsən Şirinovun Heydər Əliyevə həsr etdiyi, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilmiş …

Ətraflı oxu »

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı daha bir cəza

Terrorçuluğun malyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, həmçinin hüquqi və fiziki şəxslər, dövlət qurumları da zəruri tədbirləri görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərinin dondurulması barədə qərarı icra etməməyə görə inzibati məsuliyyətə cəlb ediləcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598-ci (Cinayət yolu …

Ətraflı oxu »

Hakimin qardaşına hökm oxundu – Həbs edilmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı, dələduzluqda təqsirləndirilən Mahir Kərimova hökm oxunub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hakimlər kollegiyasının hökmü ilə M.Kərimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, M. Kərimov “Fateh-N” MMC-nin icraçı direktoru vəzifəsində …

Ətraflı oxu »

Hacıqabulda kişi arvadını baltaladı

Hacıqabul rayonunda kişi arvadını baltalayıb. APA-nın məlumatına görə, rayonun Koroğlu küçəsi 14 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə xəsarət yetirib. X. Qəmbərova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət …

Ətraflı oxu »

ATV-nin prezidentindən vitse-prezident təyinatı ilə bağlı açıqlama

“Azad Azərbaycan” televiziyasına (ATV) yeni vitse-prezidentin təyin olunması ilə bağlı mediada xəbər yayılıb. Yayılan məlumata görə, aparıcı Dilarə Səlimin qardaşı Qurban Səlimov kanala yeni vitse-prezident təyin edilib. Məsələ ilə bağlı oxu.az “Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti”nin prezidenti Azər Xəlilovla əlaqə saxlayıb. Azər Xəlilov bildirib ki, yayılan xəbər yalandır: “Bu, yalan …

Ətraflı oxu »