Cümə , Aprel 26 2024
Ana səhifə / Media / ATV-nin prezidentindən vitse-prezident təyinatı ilə bağlı açıqlama

ATV-nin prezidentindən vitse-prezident təyinatı ilə bağlı açıqlama

“Azad Azərbaycan” televiziyasına (ATV) yeni vitse-prezidentin təyin olunması ilə bağlı mediada xəbər yayılıb.
Yayılan məlumata görə, aparıcı Dilarə Səlimin qardaşı Qurban Səlimov kanala yeni vitse-prezident təyin edilib.
Məsələ ilə bağlı oxu.az “Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti”nin prezidenti Azər Xəlilovla əlaqə saxlayıb. Azər Xəlilov bildirib ki, yayılan xəbər yalandır:
“Bu, yalan iddiadır və yalan xəbərdir. Məlumatı kim yayıbsa, ondan niyə belə bir şey etdiyini soruşmaq lazımdır”.
Azər Xəlilov bundan öncə Lamiyyə Ələkbərqızının vitse-prezident olması ilə bağlı yayılan xəbərə də reaksiya verib:
“Bizdən rəsmi bir məlumat yoxdursa, deməli, yalandır. Hazırda telekanalımız öz fəaliyyətini davam etdirir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …