Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Palata generalın qardaşını “vurdu” – vəzifədən çıxarılma xəbəri isə yalan çıxdı

Palata generalın qardaşını “vurdu” – vəzifədən çıxarılma xəbəri isə yalan çıxdı

 

Hesablama Palatasının 2014-cü il üzrə hesabatında yer alan bəzi korrupsiya faktları cəmiyyətdə kəskin rezonas doğurmaqdadır.
Xatırladaq ki, hesabatda bir sıra sahələr üzrə yol verilən korrupsiya halları və bununla bağlı görülən, amma cəmiyyətə hələ də vaxtında açıqlanmayan məqamlar var.
Mia.az xəbər verir ki, hesabatda Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxana və mərkəzlərdə aparılan yoxlamalarda aşkarlanan korrupsiya faktına görə görülən tədbirlər də yer alıb. Belə ki, auditin nəticələri üzrə həyata keçirilən tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin tutduğu vəzifədən azad edildiyi də bildirilib.
Mia.az xəbər verir ki, palatanın açıqladığı məqamlar arasında təzadlar var. Bu təzadlar isə ortaya iki mənzərə çıxarır. Ya hesabat dəqiq deyil, ya da Palataya görülən tədbirlərlə bağlı yalan məlumatlar verilib.
Belə ki, Mia.az-a verilən məlumata görə, işdən azad olunduğu deyilən 3 saylı xəstəxananın baş həkimi Fuad Zeynalovu hələ də iş başındadır: “O, Bakıda fəaliyyət göstərən və “Kəndçilər xəstəxanası” kimi tanınan Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanandan sonra, nazir Oqtay Şirəliyevin əmri ilə bu xəstəxanaya baş həkim təyin olunub. Ona qədərsə Sabunçu rayonunda yerləşən və daha çox “kriminal xəstəxana” kimi tanınan 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədov olub. Onu işdən çıxarılmasının səbəbini səhhəti ilə əlaqələndirsə də, daha sonra nazirliyin «qaynar xətt» xidmətinə daxil olan şikayətlərin əksəriyyətinin 3 saylı xəstəxananın tibbi xidməti ilə bağlı olduğunu açıqladı. Bundan əlavə, o zaman da Hesablama Palatasının apardığı auditdə 3 saylı Şəhər Klinik Xəstəxanasında böyük yeyinti faktı üzə çıxarımışdı. Aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub. Əsas qanun pozuntusu isə mal və xidmətlərin alışı zamanı tender qaydalarının əməl edilməməsi zamanı baş verib. Bütün dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib. Hesablama Palatasının təqdim etdiyi 115 min manat isə, əlbəttə, baş verən korrupsiya hallarının cüzi bir hissəsi idi. Baş həkimin işdən uzaqlaşdırılmasında aşkar olunan korrupsiya halının əsas rol oynadığı deyilirdi.
İndisə anoloji halla indi baş həkim Fuad Zeynalov üzləşib. Bu gün bəzi saytlar Hesablama Palatasının aşkarladığı yeyinti faktına görə, onun işdən azad olunduğunu yazıb. Amma onu işdən azad etməyiblər. O, hələ də baş həkim kimi vəzifəsinin başındadır…”.
Xatırladaq ki, Fuad Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşıdır.

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın