Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı – 2,4 milyonluq təftiş

XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı – 2,4 milyonluq təftiş

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər naziri Elmar Məmmədyarovun tapşırığı ilə araşdırılmaqdadır”.
Bunu BakuPost-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
L. Abdullayeva deyib ki, XİN-nin araşdırmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: “Hələlik məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına müraciət müzakirə mövzusu deyil. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən araşdırma davam edir”.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib. A. Xudiyev T. Əliyevi səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A. Xudiyevi qərəzli olmaqda ittiham edən T. Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.
A. Xuduyevin Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqid olunub. Çünki səfirlikdə həqiqətən belə bir mənimsəmə faktı var idisə, ilk növbədə Azərbaycanın müvafiq orqanlarına, XİN-ə müraciət oluna bilərdi.
Xatırladaq ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …