Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı – İrəvanda şok addım

Daşnaklar 100 ildir qurduqları “İŞĞAL PLANI”na başladı – İrəvanda şok addım

1890-cı ildə yaradılmış və erməni millətçiliyini təbliğ edən Daşnaksütyun Partiyası əvvəlki missiyasına – “böyük Ermənistan”ın yaradılması – qayıdır.

Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Naira Ayrumyan yazıb.

Erməni şərhçi qeyd edir ki, Daşnaksütyun Partiyası son 10 ildə bu missiyadan əl çəkmişdi: “Çünki buna nail ola bilmədiklərini hesab edirdilər, buna görə də mövcud vəziyyətlə barışmışdılar. Buna səbəb olan bir neçə amil də var idi: birincisi, partiyanın rəhbərliyində mənfəətpərəstlər təmsil olunurdu, ikincisi, Ermənistanda korlanmış idarəetmə sistemi var idi. İndi korlanmış sistem arxada qalıb və daşnaklar öz əvvəlki missiyalarına qayıtmaq qərarına gəliblər”.

Ayrumyan yazır ki, daşnaklar Ermənistan dövlətinin yaradılmasına nail oldu: “Qarabağın ələ keçirilməsində böyük rol oynadı. İndi üçüncü missiya qalır: “Sevr” müqaviləsinin şərtlərinin yerinə yetirilməsi və Şərqi Anadolunun ələ keçirilməsi”.

Qeyd edək ki, erməni millətçilər “böyük Ermənistan” xülyalarını reallaşdırmaq üçün Türkiyə torpaqlarına iddia edirlər.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …