Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Təcavüz, sponsor problemi, qırmızı vərəqə… – Ronaldo Peresdən şübhələnir

Təcavüz, sponsor problemi, qırmızı vərəqə… – Ronaldo Peresdən şübhələnir

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo yaşanan son hadisələrə görə “Real”ın prezidenti Florentino Peresdən şübhələnir.

Qol.az-ın “La Reppublica” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu hesab edir ki, təcavüzdə günahlandırılma, ilin ən yaxşısı futbolçusu mükafatı uğrunda mübarizədəki uğursuzluq, sponsorlarla münasibətlərin pisləşməsi və Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Valensiya” ilə səfər oyununda (2:0) meydandan qovulmasında məhz F. Peresin əli var.

Qeyd edək ki, Ronaldonun “Real” rəhbərliyi ilə münasibətləri hələ ötən ilin dekabrında pozulmuşdu. Həmin vaxt Peres şəxsən vergi ilə bağlı məhkəmədə Ronaldonu dəstəkləməkdən imtina etmişdi.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …