Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında – FOTO

Prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında – FOTO

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdilər.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra dövlətimizin başçısı səyyar “ASAN qatar” ilə tanış olub.
Məlumat verildi ki, səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.
Azertac

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın