Cümə , Oktyabr 19 2018
Ana səhifə / Media / Milli Parkda attraksionlar pulsuz olacaq

Milli Parkda attraksionlar pulsuz olacaq

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olacaq.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O qeyd edib ki, 31 dekabrda əqrəblər gecə yarısını göstərəndə möhtəşəm atəşfəşanlıq olacaq və Bakı Yeni ili qarşılayacaq.

“Konsert proqramı olmayacaq. Amma atəşfəşanlıq üçün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müraciət olunub və qurğular quraşdılır. Atəşfəşanlıq Bulvar ərazisində bir yerdə – estakadanın üzərində quraşdılıb”.

N.Məcidov qeyd edib ki, dekabrın 30-da bulvarda 15 yaşına qədər uşaqlar üçün aksiya keçiriləcək: “Bulvar ərazisindəki bütün attraksionlar saat 10:00-dan 14:00-a qədər pulsuz olacaq”. (azvision)

Həmçinin oxuyun

Qəzet redaksiyasına çələng və kəsilmiş qoyun başı göndərdilər

Rusiyada dərc edilən “Noyava qazeta”dan bildirildiyinə görə, son iki gün ərzində redaksiya əməkdaşlarının ünvanına hədələr …