Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Ötən ay banklar 10 mln. manatlıq ipoteka krediti verib

Ötən ay banklar 10 mln. manatlıq ipoteka krediti verib

2017-ci ilin yanvar ayında banklar tərəfindən 10,1 mln. manat ipoteka krediti verilib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, ötən ay dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna (AİF) vəsait ayrılmayıb.

Yanvarda AİF 0,7 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Ötən ay Bakı Fond Birjasında AİF-in 10 mln. manatlıq istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin fevralın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 41 331,5 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,68%, aylıq ödəniş isə 297,6 manat təşkil edib.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın