Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Gül kələmi”ndə Azərbaycandan pul aparmaq istəyənə 7 il cəza verildi

“Gül kələmi”ndə Azərbaycandan pul aparmaq istəyənə 7 il cəza verildi

Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda valyuta aparan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaq yolla Azərbaycandan valyuta aparmaq istəyən Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Nurmoqomed Karanayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya “Gül kələmi” yükü aparan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı “E-900-XX-05/AH-264639” dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib.İ

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …