Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / General-leytenant Arzu Rəhimov: “Azərbaycan Ordusunun son qabiliyyətləri çox yüksək qiymətə layiqdir”

General-leytenant Arzu Rəhimov: “Azərbaycan Ordusunun son qabiliyyətləri çox yüksək qiymətə layiqdir”

“Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli 50 ordusu sırasındadır”.

“Report” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov xidmətin yaranmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O əlavə edib ki, Azərbaycan Ordusunun möhtəşəm qələbələri də bunu sübut edir: “2016-cı ilin aprelində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən Ordumuzun əks-hücuma keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının iki min hektar ərazisini işğaldan azad etməsi, 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması deyilənləri bir daha təsdiqləyir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə – Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər, əlbəttə ki, çox yüksək qiymətə layiqdir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …