Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dollar krediti olanlar bu xəbəri mütləq izləsin – VİDEO

Dollar krediti olanlar bu xəbəri mütləq izləsin – VİDEO

Son günlər dolların məzənnəsinin dəyişməsi kredit ödəyicilərini çaş-baş salıb. Dolların daha da ucuzlaşacağına ümid edənlər aylıq ödənişlərini gecikdirməyə başlayıblar. Mütəxəssislər isə xeyir əvəzinə ziyanla üzləşə biləcəklərini deyirlər. Bu arada dolların məzənnəsinin növbəti günlər üçün proqnozu da açıqlanib.

Biri dolların məzənnəsinin aşağı düşəcəyini gözləyir, digəri isə məzənnənin qəflətən artacağından ehtiyatlanır.

Hər ikisi də kreditin aylıq ödənişi dolların ucuzlaşmasını gözləyirlər. Son günlər manatın dollara nisbətən dəyər qazanması, xarici valyuta ilə xüsusən də dollarla götürülmüş kreditlərin aylıq ödənişlərinin gecikdirilməsinə səbəb olub. İnsanlar məzənnənin daha da aşağı düşəcəyindən ehtiyatlandıqlarından aylıq kredit ödənişini gecikdirirlər. Bu isə gündəlik faizlərin yaranmasına səbəb olur.

Mütəxəssislər bu günlərdə kredit müqaviləsinə diqqət yetirilməsini vacib hesab edirlər. Gecikdirməyə görə yüksək faiz hesablanan kreditlərin aylıq önədişinin vaxtında qaytarılması məsləhət görülür.

Manatın dollara nisbətən məzənnəsinin möhkkəmlənməsi dollara olan təlabatın azalması ilə əlaqələndirilir. Devalvasiyadan sonra bazarda olan nağd manatın dollara dəyişirilməsi prosesi getdiyindən manata ehtiyac yaranıb. Dolların məzənnəsinin növbəti həftələrdə də aşağı düşəcəyi proqnozu verilib.

Mərkəzi Bank tərəfindən isə dolların stabilləşən məzənnəsinin qorunub saxlanılacağı gözlənilir. Ekspertlər 1 dolların 1 manat 35 qəpiyə qədər aşağı düşəcəyini söyləyirlər. Ümümilikdə isə stabilləşdikdən sonra 1 dolların 1 manat 40 qəpik və 1 manat 60 qəpik arasında dəyişəcəyi proqnozlaşdırılır.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın