Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Bakıda saxta pul həyəcanı

Bakıda saxta pul həyəcanı

Sosial şəbəkələrdə Bakıda saxta pul yayılması barədə məlumat yayılıb. Milli.az xəbər verir ki, Yasamal və Nərimanov rayonlarında bir qrup şəxs saxta pulları mağazalara yaymaqla məşğuldur.

Yayılan məlumata görə, pullar, əslində, heç seçilmir, kağızı da çox oxşardır. Saxta pul ələ toxunanda da həqiqisindən seçmək çətindir. Sadəcə, arxa tərəfindəki parlaq zərli xəttə baxanda bilmək olur. Saxta pullar xüsusi olaraq laminasiya olunub. Bəzi mağazalar hətta xəbərləri olmadan insanlara saxta pulu qalıq kimi qaytarırlar. Sonra isə müştəri ilə satıcı arasında problem yaşanır. Saxta əskinaslar, əsasən, 5 və 1 manatlıqdır.

Məsələ ilə bağlı sözügedən rayonların polis idarələrindən sayta bildirilib ki, saxta pulla bağlı onlara məlumat daxil olmayıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın