Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / AST Telmanla bağlı şok məlumat: – Lənkəranskini “Lotu Quli”yə satıb

AST Telmanla bağlı şok məlumat: – Lənkəranskini “Lotu Quli”yə satıb

Rusiyada 2 nəfərin ölümündə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilən məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov haqqında sensasion məlumat yayılıb.

AzVision.az “CrimeRussia” saytına istinadən xəbər verir ki, iddiaya görə, iş adamı İstanbulda qətlə yetirilən “Rövşən Lənkəranski” kimi tanınan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin yerini onun düşmənlərinə deyib.

Türkiyə xüsusi xidmət orqanları hesab edirlər ki, Telman İsmayılov “Rövşən Lənkəranski”nin hansı oteldə olacağını “Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifova çatdırıb.

Qeyd edək ki, “Rövşən Lənkəranski”yə sui-qəsd İstanbulda həyata keçirilib. Azərbaycanlı “oğru”nu çoxsaylı mühafizəçilər müşayiət etsələr də, Rusiyadan gələn 6 nəfərlik killer qrupu “Rövşən Lənkəranski” ilə yanaşı, onun iki cangüdənini ağır yaralayıblar. “Rövşən Lənkəranski” aldığı güllə yarasından İstanbuldakı klinikaların birində keçinib. 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …