Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Bakı buxtasında brakonyerlərlə polis arasında insident – İki nəfər tutuldu

Bakı buxtasında brakonyerlərlə polis arasında insident – İki nəfər tutuldu

Bakı buxtasında insident olub.
Polis əməkdaşları tərəfindən Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı həyata keçirilən əməliyyat zamanı “Yamaha” markalı qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar.
Nəqliyyat Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuşlar – Natiq Əbilov və Sərxan Quliyev tutulublar.
Saxlanılarkən S. Quliyevdən heroin aşkar edilərək götürülüb.
apa

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …