Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Ukraynanı dağıdan QRU polkovniki Azərbaycanda “işləmiş” həmkarı ilə görüşəcək

Ukraynanı dağıdan QRU polkovniki Azərbaycanda “işləmiş” həmkarı ilə görüşəcək

Ukraynada əvvəlcə Krımda, sonra Donbasda diversiya əməliyyatlarına rəhbərlik edən QRU polkovniki İqor Strelkov aprelin 8-də Voronejə gedəcək.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda regional KİV-lər məlumat yayıb.
“Donetsk Xalq Respublikası”nın keçmiş “müdafiə nazirinin” Voronejdə telekanalların birində çıxış edəcəyi, habelə QRU-nun Azərbaycan, Əfqanıstan, Dağlıq Qarabağ, Kosovo və Çeçenistan kimi münaqişə zonalarında “qarşıya qoyulmuş vəzifələri yerinə yetirmiş” zabiti, istefada olan podpolkovnik Aleksey Yefentyevlə görüşü planlaşdırılıb.
Strelkov həmçinin mətbuat konfransı keçirəcək.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın