Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Trampın fəlakət komandası – elit milyarderlər, hirsli generallar

Trampın fəlakət komandası – elit milyarderlər, hirsli generallar

“Əlində çəkic tutana hər şey mismar kimi görünür”; “Amerikada toyuq hinini tülküyə tapşırdılar”

Pul və hərbi güc! Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın komandası məhz bu amillərə söykənərək Amerikanı, onunla birlikdə dünyanı idarə edəcək. Bəli, əsl populist siyasətçi kimi cənab Tramp seçki zamanı “unudulmuş amerikalılar”dan dönə-dənə söhbət açırdı. Ancaq onun komandasında kasıb-kusuba canı yanan kimsə yoxdur.  Əvəzində yeni komanda milyarderlər və generallarla doludur. Amerika tarixində bu tipli prezident komandası heç vaxt olmayıb. 
O da maraqlıdır ki, milyarderlərin çoxu pul-paranı öz zəhməti ilə qazanmayıb. Onların varidatının böyük bir hissəsi irsi olaraq yaxınlarından onlara keçib. Ənənəvi Amerika dəyərləri öz zəhməti ilə biznes imperiyası yaradanlara rəğbət hissi aşılayır. Təəssüf ki, bu milyarderləri o kateqoriyaya aid etmək olmaz. Generallarla da bağlı ciddi problem var. İş orasındadır ki, komandada yer alan generallar real döyüşlərdə iştirak etməyib. Onlar sadəcə kabinetlərdə oturaraq pult arxasından hərbi əməliyyatlara yön veriblər. Yəni, bu generallar canlı əsgərin dərd-sərindən, ağrı-acılarından bixəbərdir.  Üstəlik, onlar müharibəyə də kompüter oyunu kimi baxırlar.
Elə Trampın özü də maraqlı fiqurdur. O, əyləncə və kef-damaq aləmində daha çox tanınır. Hökumət idarəçiliyində bu şəxsin elə bir təcrübəsi yoxdur. Belə bir prezident başına yığdığı milyarderlər və generallar vasitəsi ilə Amerikanı hara aparacaq?  Bəlli deyil. Ancaq bu komandanın Amerikaya macaralar yaşadacağına bəri başdan ciddi təminat vermək olar…
Hərbi dairələrə mülki nəzarət Amerika hökumətlərinin əsas hədəfi olub. Keçmiş general, “Ayk” (alman dilindəki eisen, yəni dəmir anlamının ingilis versiyası) ləqəbli  Duayt 
Eyzenhauer (Dwight Eisenhower) ABŞ-ın 34-cü (1953-1961) prezidenti seçilməzdən az öncə NATO-nun ilk baş komandanı olmuşdu (1950-1952).
Картинки по запросу Duayt  Eyzenhauer
Onda onun təkidi ilə general Corc Marşal (1950) ABŞ müdafiə naziri təyin oludu. Konqres dərhal narahatlığını dilə gətirdi. Çünki 1947-ci ildə qəbul olunmuş “Milli təhlükəsizlik aktı”na (The National Security Act ) görə, hərbi xidmətdə olan zabitlərin Müdafiə Nazirliyinin idarəçiliyində yer alması qadağan idi.  Ona görə də II dünya müharibəsinin qəhrəmanlarından olan cənab Eyzenhauer Konqresə xahişlə müraciət etmişdi. Düzdür, Konqres ona “yox”demədi. Ancaq vurğulandı ki, bu, bir istisnadır və Konqres ümid edir ki, gələcəkdə bir daha belə şey olmayacaq…
O da maraqalıdır ki, qəhrəman ordu generalı respublikaçı prezident kimi son çıxışında bir sıra məqamlara vurğu yapdı. Onun ilk olaraq işlətdiyi “hərbi-sənaye kompleksi” ifadəsi indi də geniş istifadə olunur. Məhz general-prezidentin dönəmində Amerikada hərbi sənayənin genişlənməsi ağlasığmaz miqyas aldı. Hərbi sənaye, prezidentin dediyi kimi, ABŞ-ın bütün varlığına sirayət etdi. İqtiadiyyatda, siyasətdə, hətta gündəlik həyatda aydın şəkildə özünü göstərdi. Bu gün də o vaxtdan gələn bu tendensiya davam edir. Amerika hərbi sənayesi dünyanın nəhəng qurumlarından biridir.
Göründüyü kimi, hərbçilər siyasi hakimiyyəti ələ keçirəndə ondan sui-istifadə edirlər və ölkəni bütövlükdə hərbi relsin üzərinə qoymağa cəhd göstərirlər. Bu dəfə də elə olmayacağına elə bir təminat yoxdur…
Generallar 
Gəlin, Donald Trampın komandasında yer alan generallara ötəri bir nəzər salaq. Prezidentin komandasında 3 general var. “Dəli köpək” ləqəbli Ceyms Mattis (dəniz piyadaları) müdafiə naziri olacaq.
Картинки по запросу james mattis
Ordu generalı Maykl Flinn prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri kimi çalışacaq.
Картинки по запросу Maykl Flinn
General Con Kelli (dəniz piyadaları) Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edəcək.
Картинки по запросу john kelly general
Hələ bunlar hamısı deyil. 
Admiral Maykl Rocersın Milli Kəşfiyyat (National İntelligence) İdarəsinə direktor təyin ediləcəyi gözlənilir.
Картинки по запросу Admiral Michael Rogers
General David Petreusun isə Dövlət Departamentinə rəhbər gətiriləcəyi şübhə doğurmur. Mülki prezidentin komandası bu generallarla xuntanı xatırladır…
Картинки по запросу General David Petraeus
Senator Kris Mörfi də generalların prezident komandasında yer almasından ciddi narahatlıq keçirir. Onun dediklərində ibrətamiz məqamlar var: “Biz dünyadakı problemlərə hərbi linzadan baxdıqda son dərəcədə dəhşətli səhvlərə yol veririk. Son 15 ilin dərsləri belə bir qənaəti inadla ortaya qoyub”. Əgər hökumət problemin həlli üçün çəkicdən alət kimi istifadə edirsə, o, hər şeyi mismar kimi görəcək. Və çəkici mismarın başına döyəcləməklə problemi həll etməyə çalışacaq.
Картинки по запросу Senator Kris Mörfi
Generlallarla bağlı məsələdə hələ orası da var ki, cənab Flinn və Mattis İslama qarşı son dərəcə radikal baxışlara malikdir. Elə Trampın özü də müsəlmanlara və ABŞ-a sığınan mühacirlərə qarşı (xususən latın əsilli) aqresiv bəyanatlar verib…
Milyarderlər
Yuxarıda vurğuladığımız kimi, “unudulmuş amerikalılar”dan ağızdolusu danışan yeni prezident milarderlərə qucaq açıb. Statistika bu ziddiyəti çılpaqlığı ilə özündə əks etdirir. Çənab Trampın komanda üzvlərinin birgə varidatı 14,5 milyard dollara bərabərdir. Bu komanda, məsələn, Corc Buşun (ata) kabinetindəki insanların varidatından 30 dəfə çoxdur. Yəni, Buşun kabineti Trampın kabineti ilə müqayisədə son dərəcə zavallı görünür…
Bəzi analitiklər bu komandanı plutokratiya adlandırır. Bu, yunan dilindən gələn bir ifadədir, “Oğrular hakimiyyəti”  deməkdir. Plutokratiya oliqarxiyanın bir formasıdır. Bu zaman ölkəni bir ovuc varlı adam idarə edir. Qədim Romada, antik Yunanıstanda plutokratiya idarəçiliyi dəbdə idi. İndi isə Noam Çomski (amerikalı intelektual) və Ceyms Karter (ABŞ-ın 39-cu prezidenti -1977-1981) kimi isimlər plutokrtiyanın Amerikada bir qədər demokratik biçimdə mövcud olduğunu vurğulayırlar. Yəni, cənab Trampdan əvvəl də mənzərə o qədər də fərqli deyildi…
ABŞ iqtisadiyyatına  “İflas kralı” (“king of bankruptcy” )  ləqəbli Uilber Ross rəhbərlik edəcək.
Картинки по запросу Уилбур Росс
Onun şəxsi varidatı 3 milyard dollara yaxındır. Rossun müavini ondan da varlı adamdır.
Todd Riketsin varidatı 5.3 milyard dollardır. Düzdür, həmin varidatın böyük bir hissəsi ona miras olaraq qalıb. Ölkənin xəzinədarı isə Steven Mnuçin olacaq. Onu kasıb adam saymaq olar. Varidatı cəmi 46 milyon dollardır. O, əvvələr Goldman Sachs-la işləyib. Trampın butik mağazalarına yatrım qoyub…
Prezident seçkiləri zamanı Tramp deyirdi ki, beynəlxalq səhnədə at oynadan elit milyarderlər sinfinə qarşı  mübarizə aparacaq. İndi isə o, elit milyarderlərdən dördəlli yapışıb…
Trampın komandasında gözəgörünməz adamlar da var. Onlardan biri Stefen Şuarzmandır. Onun 9.9 milyard dolları var.  O, dünya çapında tanınan birçox nəhəng firmaların sahibidir…
5.1 milyard dollara sahib olan Betsi deVos isə Təhsil departamentinə rəhbərlik edəcək. Bu xanım dövlət məktəblərinin əleyhinədir. Şəxsi məktəblərin tərəfdarı kimi çıxış edir. Təbii ki, belə birisinin kasıb amerikalıların uşaqları üçün keyfiyyətli dövlət təhsili təmin edəcəyinə inanan azdır…
Forbes jurnalına görə, Karl Ayken dünyanın ən varlı adamları siyahısnda 26-cı sırada yer alır.
Картинки по запросу Karl Ayken
O, Trampın biznes ortağıdır. Prezident seçkiləri kampaniyası zamanı əsas donor kimi tanınıb. Prezident onu xüsusi müşaviri təyin edib. Bu şəxs keçirilməsi nəzərdə tutulan islahatlara yön verəcək. Şübhəsiz ki, belə birisinin digər iri biznesmenlərlə maraqları çox vaxt üst-üstə düşmür.  “Stolman Lou” hüquq şirkətinin təmsilçisi Endryu Stolman USA Today-ə müsahibəsində  Karl Ayken Trampın komandasında yer almasına belə münasibət bildirib: “Elə bilin ki, toyuq hininin qorunmasını tülküyə həvalə ediblər”.
“The Wall Street Journal” ın hesablamasına görə, bu şəxsin varidatı prezident seçkisindən keçən az müddət ərzində 600 milyon dollar artıb. Bu artım süni şəkildə həyata keçirilib. Siyasi dividentlərdən qazanılıb…
Trampın məsləhətçisi olacaq Stefen Bannon isə prezidentin seçki kampaniyasına rəbərlik edib və bu yarışdan qalib çıxıb. Onun 2014-cu ildə Vatikanda etdiyi çıxışda da maraqlı məqamlar var. Xüsusilə onun  azad bazar kapitalizmini “yəhudi-xristian kapitalizmi“ ilə əvəz etməyə çağırması özlüyündə çox şeydən xəbər verir…
Картинки по запросу Stephen Bannon
 
Amerika dəyərləri iflas həddində
Donald Trampın yeni komandası Ağ Evə daxil olmamış Amerika dəyərlərinə meydan oxuyur. Bütün dünyada demokratik dəyərlərin yayılması üçün avanqard rol oynayan Amerikada görün nələr baş verir. Bunu Amerikada irqçiliyin yeni tüğyanı kimi də dəyərləndirmək olar.
Karl Paladino Nyu-York üzrə Donald Trampın təbliğat qrupu rəhbərinin müavini olub. O, belə bir açıqlama ilə çıxış edib: “Ümid edirəm ki, Barak Obama tezliklə dəli dana xəstəliyindən öləcək, ölkənin birinci xanımı isə Afrikadakı mağaraya çəkiləcək və orada qorilla ilə birlikdə yaşayacaq”.
Bu yaxınlarda isə Kley şəhərinin inkişaf və əməkdaşlıq idarəsinin direktoru Pamela Teylor belə demişdi: “Ağ Evdə şıq, gözəl və zərif bir xanım görmək çox xoş olacaq. Dikdaban ayaqqabı geyinmiş meymun görməkdən bezmişdim”.
Donald Trampın ətrafında olanların əksəriyyəti irqçidir. Onlar son dərəcə məsuliyyətsiz adamlardır. Belə bir komanda Amerikaya , bütövlükdə isə dünyaya nə vəd edir?
Ağlasığmaz sarsıntılara hazır olmaq lazımdır…
Elbəyi Həsənli, Sürix
P.S Bu yazı Qərb mənbələrində gedən məqalələrin müqayisəli təhlili əsasında hazırlanıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın