Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / İqtisadiyyat / Kardaşyan ailəsini təhqir etdi – “… Görəndə qusmağım gəlir”

Kardaşyan ailəsini təhqir etdi – “… Görəndə qusmağım gəlir”

Dünyanın ilk super modeli olan Janice Dickinson Kardaşyan ailəsini tənqid edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı model “The Tomorrow Show” verilişində qonaq olarkən Kim Kardaşyan və Kenda Jennerin karyeraları barədə açıqlama verib.

O, 21 yaşlı Jennerin super model olmadığını söyləyib.

“O heç vaxt super model olmayacaq. Mənimlə müqayisə edilməyəcək bir qızdır. Siz elə bil alma ilə portağalı müqayisə edirsiz. Aralarında çox fərq var”.

Eks-model Kim Kardaşyan və həyat yoldaşı Kanye Westin “Vogue 2014” jurnalı üçün çəkdirdiyi fotodan danışıb:

“Kimin çəkdirdiyi şəkli görəndə qusmağım gəlir. Onlar model deyil, realiti şou ulduzlarıdır. Mükəmməl model olmaq üçün çox çalışmaq lazımdır. Kardaşyanlar model ölçülərinə sahib deyillər”.

 

Kardaşyan ailəsini təhqir etdi -  “... Görəndə qusmağım gəlir”

Həmçinin oxuyun

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Nar”–ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının on ikinci mövsümü davam edir. Hər il …