Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Avropa Komissiyası Ermənistan AES-i yoxladı

Avropa Komissiyası Ermənistan AES-i yoxladı

Avropa Komissiyasının mütəxəssisləri Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar.

APA xəbər verir ki, bu barədə bu gün Yerevanda Avropa İttifaqının nümayəndə heyəti bildirib.

Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Nizamlanması üzrə Dövlət Komitəsi ekspert rəyi almaq üçün 2015-ci ilin avqustunda Ermənistan Atom Elektrik Stansiyasının stress-testinə dair hesabatı Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edib.

“Ekspert qiymətləndirilməsi 21-22 iyun tarixində Ermənistanda keçirilib. On nəfərdən ibarət qrupun tərkibində Avropa Nüvə Təhlükəsizliyinin Nizamlanması Qrupundan (ENSREG) 8 nəfər, Avropa Komissiyasından isə 2 nəfər olub”, – deyə məlumatda bildirilir.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın