Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / İcra başçısının xanım müavininin xidməti avtomobili Beyləqanda qəzaya düşüb – FOTO

İcra başçısının xanım müavininin xidməti avtomobili Beyləqanda qəzaya düşüb – FOTO

Bu gün   Beyləqan Rayon İcra Hakimiyyəti başçısınn müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən xanım Mirzəyavanın xidməti avtomobili onun çalışdığı rayonun ərazisində  qəzaya düşüb.  Bu barədə məlumatı Azinforum.az saytına həmin  rayondakı mənbələr verib.  Bildirilir ki, icra başçısının xanım müavininə  məxsus olan 11 AA 055 dövlət  nömrə nişanlı avtomobilə ciddi zərər dəyib. Ən maraqlısı isə budur ki, baş verən qəzadan sonra həmin xidməti avtomobil icra hakimiyyətinin həyətinə gətirilərək,  görünməz yerdə saxlanılıb. Bildirilir ki, qəza baş verən zaman Aytən xanımın özü də xidməti avtomobildə olub. Onun xəsarət alıb-almaması barədə dəqiq məlumat əldə edə bilmədik.  Azinforum.az -a təqdim olunan fotodan görünür ki,  xanımın müavinin  xidməti  avtomobilinə  arxa hissədən ciddi zərər dəyib.  Hadisənin polis tərəfindən qeydə alınıb-alınmadığı haqda məlumatımız yoxdur.  Mövzu  ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …