Azinforum.az AZƏRTAC-a istinadən xəbər verir ki,martın 2-dən 5-dək davam edəcək yarışların ilk günündə sürətli şahmat üzrə üç tur oynanılıb. Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerə və hindistanlı Vişvanatan Ananda qalib gəlib, digər Rusiya şahmatçısı Vladimir Kramniklə heç-heçə oynayıb.

Üç turdan sonra Azərbaycan qrossmeysterinin hesabında 2,5 xal var. Sonrakı üç yeri 2 xalla Vişvanatan Anand, Aleksandr Qrişuk və Hikaru Nakamura tutur.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov martın 10-dan 28-dək dünya şahmat tacına iddiaçıların Berlində keçiriləcək turnirində iştirak edəcək.