Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Azinforum.az yazdı, Gürcüstanda qəzaya düşən 5 vətəndaşımızın problemi həllini tapdı+AUDİO

Azinforum.az yazdı, Gürcüstanda qəzaya düşən 5 vətəndaşımızın problemi həllini tapdı+AUDİO

Azinforum.az-ın avqustun 12-də Gürcüstanın Sapri şəhərindən paytaxt Tiiflis istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması səbəbindən 5 nəfər Azərbaycan vətəndaşı Tiflis şəhərindəki xəstəxanalardan birində çətin vəziyyətlə üz-üzə qalması ilə bağlı ictimailəşdirdiyi mövzuya ciddi reaksiya verilib və problem həllini tapıb.  Qəzada xəsarət alanlardan biri-  Dürdanə Eminbəyli Azinforum.az-la əlaqə saxlayaraq,  bizə xüsusi təşəkkürünü bildirib:

“Biz bilmədik kimlərdi, amma mövzu ictimailəşəndən sonra,  gəlib bizim xəstəxanadakı bütün xərclərimizi ödəyib, maşınlara otuzdurub sərhədə doğru gətirdilər. Hazırda gömrükdəyik, bir neçə dəqiqədən sonra sərhədi keçəcəyik. Çox sağ olun ki, bizi tək qoymadınız”.

Azinforum.az olaraq Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevə məsələyə verdiyi operativ reaksiyaya görə xüsusi təşəkkürümüzü bildiririk.

Çinarə SEYİDOVA,

Azinforum.az

 

 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …