Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

“Report” xəbər verir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …