Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya (səhifə 10)

Dünya

Netanyahu: “Bizi heç nə dayandıra bilməz”

“Nə Haaqa, nə də “Şər oxu” İsraili məqsədlərindən çəkindirə biləcək”. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciəti zamanı bildirib. O, “Beynəlxalq Ədalət Məhkəməsinin heç bir qərarının İsrailə mane olmayacağını” vurğulayıb. Baş nazir həmçinin qeyd edib ki, “HƏMAS-ı mühasirəyə alaraq təcrid etmək müharibənin əsas məqsədidir”. Qeyd edək ki, məhkəmə hazırda …

Ətraflı oxu »

Erdan: “BMT Beynəlxalq məhkəmədə cavab verməlidir”

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib ki, BMT cavabdeh kimi Haaqa beynəlxalq məhkəməsinə cəlb olunmalıdır. Rusiyanın məşhur “Kommersant” nəşrinin yaydığı məlumata görə, Gilad Erdan BMT-nin Qəzza zolağında terrorçuların tunel qazmasına, raket və mərmi istehsalı üçün beynəlxalq yardımdan istifadə etməsinə, anklavda nifrət bəslənməsinə göz yumub və beləliklə də, bu cinayətlərin …

Ətraflı oxu »

BMT: Müharibə dövründə Ukraynada 10 200 dinc sakin həlak olub

Təkcə 2023-cü il dekabrın sonu 125 mülki vətəndaş həlak olub, 550 dinc sakin yaralanıb 2022-ci ilin fevralında Rusiya silahlı qüvvələri Ukraynaya zorla girəndən bəri artıq 10 200 dinc sakin həlak olub. “Novaya qazeta. Baltiya” yazır ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin direktoru Edem Vassornu çərşənbə axşamı Nyu-Yorkda məlumat …

Ətraflı oxu »

Putinin qızının ilk müsahibəsi: “Bizim üçün insan həyatı ən yüksək dəyərdir”

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə müsahibə verib. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin elmlər üzrə dekan müavini Mariya Vorontsova qeyri-kommersiya təşkilatı “Medtech.Mocsow”a danışıb. Müsahibə dekabrın 16-da baş tutsa da, YouTube kanalına yeni yüklənib. Tez bir zamanda da bütün dünyanın diqqətini çəkib. Çünki …

Ətraflı oxu »

Zelenski: “Müharibəni dayandırmaq üçün…”

“Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra brifinqdə deyib. “Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiəsini dayandırması ilə bağlı tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur. Ədalətli müdafiəmizi və mübarizəmizi dayandırmaq – bu …

Ətraflı oxu »

“Qladiator”un ulduzu TANINMAZ HALDA – FOTO

Hollivud ulduzu Rassel Krou son halı ilə gündəm olub. Məlumata görə, 2000-ci illərin əvvəllərində “Qladiator” fimi ilə ulduzu parıldayan məşhur hazırda tanınmaz vəziyyətə düşüb. Xarici mətbuatda yayılan fotolarda Rasselin üzünü saç-saqqal basıb, aktyor xeyli çəki də alıb. Bəziləri onun bunu tanınmamaq üçün etdiyini bildirib. Rassel Krounun yeni görüntüləri bəzi xarici …

Ətraflı oxu »

Ərdoğan Blinkenlə nələri müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə müzakirə olunan məsələlər açıqlanıb. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir. Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib. “Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasının, …

Ətraflı oxu »

Ərdoğanla Zelenski arasında telefon danışığı – Nələr müzakirə edildi? 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.  Məlumatı Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.  Telefon danışığı zamanı regional və qlobal problemlər, eləcə də Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.  Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və davamlı …

Ətraflı oxu »

Ermənistanda sağçı gənclərin nasist salamı İsrail səfirini qəzəbləndirib

“Nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni vəsf etmək qəbulolunmazdır” Ermənistanın paytaxtı Yerevanda bir qrup ifrat sağçı erməni millətçi ideologiyasının banisi Qaregin Njdenin heykəli önündə nasist salamlaşmasına bənzər salamlama hərəkəti edib. Həmin görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. BBC yazır ki, bir həftə öncə təsis olunmuş “Hosank” (“Axın” və ya “Cərəyan” kimi …

Ətraflı oxu »

Putin azərbaycanlı həkimi təltif etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib. Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib. Sərəncama əsasən, Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub.

Ətraflı oxu »