Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Cəmiyyət / TANINMIŞ VƏKİL VƏ SAYTDAN BİR-BİRİNƏ QARŞILIQLI REKET İTTİHAMI – FOTO

TANINMIŞ VƏKİL VƏ SAYTDAN BİR-BİRİNƏ QARŞILIQLI REKET İTTİHAMI – FOTO

Bir neçə gündür ki, KİV-lər  Azərbaycanın quşçuluq müəssisələrinə damazlıq yumurta, cücə və toyuq əti satan Türkiyənin “Emre Piliç” şirkətinin rəsmi səhmdarları arasında 2 erməninin olduğu barədə yazılar dərc edir. Bundan sonra məlum olub ki, Türkiyədə fəaliyyət göstərən şirkətin Azərbaycanda da aktiv müdafiəçiləri var.

Azinforum.az bildirir ki, sözügedən araşdırmanı ilk olaraq AzPolitika saytı aparıb. Saytın bu mövzuda  araşdırmalarında qeyd edilir ki,  ölkəyə xüsusən də damazlıq yumurta idxalında böyük pay sahibi olan “Emre Piliç” şirkətinin 30 faizi (!) milliyətcə ermənilər Arto Sevan Oskayan və Antranik Raffi Bozaçıyana məxsusdur. Azərbaycanın əksər quşçuluq təsərrüfatları Oskayan və Bozaçıyanın şirkətindən damazlıq yumurta alıblar, onlardan bəziləri bu gün də erməni şirkəti ilə əməkdaşlığı davam etdirirlər. Məsələn, cəmi 3 gün əvvəl “Qaraqaşlı” broylerin “Emre Piliç” şirkətindən 150 min damazlıq yumurta aldığı haqda sayta məlumat daxil olub.

Azinforum.az xəbər verir ki, məlumatın yaratdığı böyük rezonansdan sonra,  “Emre Piliç”in müdafiəsinə tanınmış vəkil Aslan İsmayılov qalxıb. Vəkil bu xüsusda özünün aktiv Facebook səhifəsindən məharətlə istifadə etməyə başlayıb. Ən maraqlısı isə budur ki, o, yazıların sifarişçisi qismində “Xəmsə” şadlıq sarayının sahibi Mürvət Həsənlinin adını hallandırıb.  Bu səbəbdən də, tərəflər bir-birinin ünvanına qarşılıqlı ittihamlar, hətta təhqir dolu ifadələr  səsləndirib. Tanınmış vəkil Mürvət Həsənli ilə yanaşı, araşdırmanı təqdim edən Azpolitika.info saytının da ünvanına təhqirlər yağdırıb.

 

as1

Vəkil saytı reketlik etməkdə ittiham edib və sözügedən yazıların sifarişlə təqdim edildiyini bildirib. Saytın reaksiyası da özünü gözlətməyib. “Azpolitika” öz FB səhifəsi vasitəsilə Aslan İsmayılova belə bir cavab verib:

 

as2

“Aslan İsmayılov, əmin olun, Azərbaycanda sizdən böyük reket olmayıb, olmayacaq da! Yəni rahat olun, sizin peşənizi əlinizdən almaq iddiamız yoxdur!”

 

as3

Vidadi ORDAHALLI

VIPedu.BIZ

Həmçinin oxuyun

Kişilər belə qadınları cazibədar hesab edir: nazik dodaqlar, iri gözlər…

Cazibədar olmağın qaydaları dəyişir. Elm adamları tərəfindən aparılan son araşdırmalar kişilərin gözəllik duyumunun dəyişdiyinin bir …

Bir cavab yazın