Cümə , Aprel 26 2024
Ana səhifə / Author (səhifə 3391)

Author

Azərbaycandan Gürcüstana daha bir güclü dəstək – 3 helikopter və əlavə canlı qüvvə göndərildi

Gürcüstan Hökumətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün FHN-in xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi Gürcüstana yola düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Barjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində iştirak …

Ətraflı oxu »

Şəki polisi çaya dərman preparatları atan şirkətlə bağlı araşdırmalara başladı

Şəkinin Qumux kəndindən keçən çaya külli miqdarda dərman preparatları atan şirkətlə bağlı Şəki Şəhər Polis Şöbəsində araşdırmaya başlanılıb. Artıq dərman vasitələrinin ərazidən yığışdırılır. Bu barədə virtualaz.org-a Şəki Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, dərman vasitələrinin ora Şəkidəki dərman firmalarından biri tərəfindən atıldığı məlum olub. “Firmanın adı hələ bəlli deyil, bununla …

Ətraflı oxu »

Prezidentdən Novruzovla bağlı – Sərəncam

Prezident İlham Əliyev Elmar Novruzova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Elmar Qəzənfər oğlu Novruzova general-mayor ali hərbi rütbəsi verilsin”.

Ətraflı oxu »

İlham Əliyev hərbi qulluqçuları təltif etdi – Siyahı

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Vətən uğrunda” medalı ilə: Abdullayev Eldar Əziz oğlu – polkovnik Əliyev Telman Köçəri oğlu – polkovnik İbrahimov Ağasəlim …

Ətraflı oxu »

Lerikdə bir ailənin 3 üzvünün diri-diri yandığı DƏHŞƏTLİ hadisənin görüntüləri – VİDEO

Lerikdə dəhşətli yanğın baş verib ARB TV xəbər verir ki, rayonun Vizəzəmin kəndində baş verən hadisə zamanı bir ailənin üç üzvü yanıb. Kənd sakini Elman Hüseynova məxsus evdə naməlum səbəbdən baş verən yanğın qısa müddət ərzində bütün evi bürüyüb. Yanğın səhər saatlarında qeydə alınıb. Ailənin həmin vaxt yuxuda olması ehtimalı …

Ətraflı oxu »

İranın “Sahar TV”si Azərbaycanla bağlı kobud yanlışlığa yol verdi – FOTO

Iranın rəsmi dövlət kanalı olan “Sahar TV” Azərbaycanla bağlı yaydığı xəbərdə yanlışlığa yol verib.  Azinforum.az xəbər verir ki, sözügedən KİV-in  rəsmi saytında Azərbaycanın xanım  rəsmisilə bağlı yayılan xəbərdə nədənsə,   Ermənistanda “Tupoy Qaqo” kimi tanınan Carukyanin fotosu yerləşdirilib.  Yəqin ki, telekanal qısa müddətdə bu yanlışlığı aradan qaldırmağı özünə borc biləcək. …

Ətraflı oxu »

Türkiyədə yeddi general və bir admiral istefaya getdi

Türkiyədə yeddi general və bir admiral təyinat ərəfəsində istefaya buraxılmaları barərdə rəhbərliyə müraciət edib. “Milliyet” qəzetinin yazdığına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda Türkiyə Silahlı Qüvvələrində xidmət edən yüksək rütbəli hərbçilərin könüllü şəkildə istefaya göndərilmək istəmələri barədə müraciət etdikləri bildirilib. Nazirlik müraciətləri araşdırıb və təsdiqləyib. Həmin …

Ətraflı oxu »

SOS! Bu uşaq məhsulları xərçəngə səbəb olur – Məhkəmədə təsdiqləndi

ABŞ-ın “Johnson & Johnson” şirkəti, istehsal etdiyi uşaq pudrasının xərçəngə səbəb olduğu iddiası ilə qaldırılmış məhkəmə işində 417 milyon dollar təzminat ödəməyə məhkum edilib. Azinforum.az – ın məlumatına görə, “Marja” xəbər verir ki, Los-Anceles Ali Məhkəməsi, şirkətin iddiaçı Eva Echeverria-ya 417 milyon dollar təzminat ödəməsinə qərar verib. Echeverria, 1950-ci ildən …

Ətraflı oxu »

Türkiyənin bələdiyyə məclis üzvləri Tovuzda ön cəbhədə olub – FOTOLAR

Türkiyənin bələdiyyə məclis üzvləri Tovuzda ön cəbhədə olub,şəhid ailələrini ziyarət edib və Azərbaycan həqiqətlərinin yayılmasında fəal olacaqlarını deyiblər. Qardaş Türkiyənin Kırşehir vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Kırşehir bələdiyyə başqanı müavini Emre Şahincinin rəhbərlik etdiyi 22 nəfər bələdiyyə məclisi üzvündən ibarət olan nümayəndə heyəti …

Ətraflı oxu »

22 yaşlı model Leylanın anasından ŞOK MÜSAHİBƏ: “Zəfəran Hospital”da 2000 manata görə qızımı öldürdülər

Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 23 iyun tarixində ailəsinə xəbər vermədən “Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib. Leyla Oruclunun ölümü ilə əlaqədar anası Sevinc Alpman “Ölkə.Az” xəbər portalı …

Ətraflı oxu »