Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Lerikdə bir ailənin 3 üzvünün diri-diri yandığı DƏHŞƏTLİ hadisənin görüntüləri – VİDEO

Lerikdə bir ailənin 3 üzvünün diri-diri yandığı DƏHŞƏTLİ hadisənin görüntüləri – VİDEO

Lerikdə dəhşətli yanğın baş verib

ARB TV xəbər verir ki, rayonun Vizəzəmin kəndində baş verən hadisə zamanı bir ailənin üç üzvü yanıb.

Kənd sakini Elman Hüseynova məxsus evdə naməlum səbəbdən baş verən yanğın qısa müddət ərzində bütün evi bürüyüb.

Yanğın səhər saatlarında qeydə alınıb. Ailənin həmin vaxt yuxuda olması ehtimalı böyükdür.

Yanğın zamanı ev sahibi Elman Hüseynov, onun həyat yoldaşı 50 yaşlı Şükufə Hüseynova və ev sahibinin qızı 22 yaşlı Süsən Mirzəzadə hadisə yerində yanaraq külə dönüb. Yanğın zamanı ailə üzvlərindən biri Mehdi Hüseynov yanğından xilas ola bilib.

Yelmar Hüseynov (ev sahibinin oğlu): “Hadisə baş verəndə mən işdə idim. Zəng vurdular ki, belə bir hadisə olub, çıxdım gəldim. Mən gələndə ev tam yanmışdı. Bilmirəm, normal bir ailə idik, yanğının nədən baş verdiyindən xəbərim yoxdur. İki-üç gün qabaq evə gəlmişdim, hər şey normal idi, şoka düşdüm”.

Hadisənin baş vermə səbəbləri tibbi ekspertizadan və hadisə yerində aparılan araşdırmalardan sonra məlum olacaq.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın