Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Mobil telefonla xərçəngin inkişafı arasındakı əlaqə müəyyən edildi – ARAŞDIRMA

Mobil telefonla xərçəngin inkişafı arasındakı əlaqə müəyyən edildi – ARAŞDIRMA

ABŞ-ın sosial-xidmətlər və səhiyyə nazirliyi tərəfindən toksikologiya üzrə milli proqram çərçivəsində aparılan tədqiqat zamanı amerikalı alimlər aydınlaşdırıblar ki, erkək siçovullarda xərçəngin yaranmasının səbəbi mobil telefonlardan yaranan radioşüalanmadır. 
Alimlər bir qrup siçanlara və siçovullara sutkada doqquz saat radioşüalanma veriblər. Şüalanmanın gücünün səviyyəsi siçovulların hər kq. çəkisi üçün 1,5 dən 6 Vata qədər və 2,5 dən 10 Vata qədər də siçanlar üçün təşkil edib. Eksperment 2 ilədək davam edib.
Alimlər qeyd ediblər ki, ekspermentdə iştirak edən erkək siçovulların ürək nahiysinin əsəb hüceyrələrində şişlər əmələ gəlib. Siçanlarda və dişi siçovullarda bu baş verməyib.
“Radioşüalanmanın gücü və davamlılığı mobil telefonlardan tez-tez istifadə edən insanların rast gəldiyindən xeyli artıq olub” – tədqiqat müəlliflərindən biri bunu deyib. O xəbərdalıq edib ki, ekspermentin nəticələrini insanlar üzərində keçirməyə tələsməsinlər.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …