Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / YAP-ın qurultayının vaxtı məlum oldu

YAP-ın qurultayının vaxtı məlum oldu

Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.

APA-nın məlumatına görə, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-nə təyin olunub. Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək.

Onu da qeyd edək ki, bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …