Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Keçmiş icra başçısının həbsdəki qızı narazıdı

Keçmiş icra başçısının həbsdəki qızı narazıdı

Dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Report-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı, 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Bu il sentyabrı ayının 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın