Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Atası döydü, Bakıya qaçıb özünü dənizə atdı

Atası döydü, Bakıya qaçıb özünü dənizə atdı

Bakıda 16 yaşlı qız özünü dənizə atıb. “Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, gecə saat 01 radələrində Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini, 1999-cu il təvəllüdlü Əliyeva Aysu Sakit qızı (ad və soyad şərtidir) Dənizkənarı Milli Parkda Saat Qülləsinin yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib. 16 yaşlı qız FHN-nin əməkdaşları tərəfindən xilas olunub.

 

İlkin araşdırmalardan sonra məlum olub ki, 16 yaşlı qız bir neçə gün əvvəl yaşadığı rayonda ailə-məişət münaqişəsi zəminində atası və qardaşı tərəfindən döyülüb. Bundan sonra o, Bakıya qaçıb və özünü öldürməyə çalışıb.

Faktla bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın