Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Sabiq deputat Nazim Məmmədov İranda şirkət açır

Sabiq deputat Nazim Məmmədov İranda şirkət açır

Keçmiş deputat və iş adamı Nazim Məmmədov İranda şirkət açır. Bu barədə musavat.com-a N.Məmmədov özü bildirib. O, qeyd edib ki, İran, Azərbaycan, Rusiyadan iş adamları niyyət protokolu imzalayıblar. Bu, İranın Bonab şəhərində “Javid Steel Bonab” dəmir istehsal zavodu ilə bağlıdır.

Tədbirdə Rusiyanın ən məşhur biznes adamlarından Zaxarov Vyaçeslav İvanoviç də iştirak edib. “Voronejselmaş” zavodunun sahiblərindən olan Zaxarov İrana istehsal sahəsi yaratmaq üçün gedib.

“Bir istehsalımız işə salınıb, 2 ildən çoxdur. Rusiya-İran əlaqələrini möhkəmləndiririk. Çox təəssüf olsun ki, Azərbaycanda monopoliya olduğundan, həm biz, həm də xaricilər investisiya yatırmağa risk etmirik. Çünkü günlərin bir günü ”Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov və ya ona oxşar birisi “qoçu dəstəsi” vasitəsi ilə istehsalımızı dayandıra bilər və dövlət onlara heç nə edə bilməz”,- deyə o, vurğulayıb.

N.Məmmədov qeyd edib ki, İranda qurduqları işin normal olacağına əmindir: “2012-ci ilin iyul ayında misli görünməmiş reyder hücumları ölkəni sarsıtsa da, hələ ki məhkəmə və hüquq-mühafizə orqanları Rasim Məmmədovun arxasında duran adamların qorxusundan heç nə etmək istəmirlər. Ümid edirəm bu hadisələrin 3 illiyinə qədər sahibkarlığa siyasi, maddi, mənəvi dəstək olan cənab prezident İlham Əliyev bu işin arxasında durub Azərbaycanın biznes mühitinə ciddi zərbə vuranları cəzalandıracaq”.

Qeyd edək ki, bir neçə il əvvəl N.Məmmədovun rəhbərlik etdiyi “Atahan Dəmir Sənaye” metallurgiya müəssisəsinin fəaliyyəti iflic olub. Belə ki, müəssisəyə gələn üç nəfər hədə yolu ilə işi dayandırmağa məcbur ediblər. N.Məmmədovun sözlərinə görə, hücumçular Rasim Məmmədovun- “Baku Steel Company” MMC Müşahidə Şurası sədrinin “reketçilər qrupunun” üzvləri olublar. Bu əməllər mətbuatda geniş əksini tapsa da, faktlar üzrə cinayət işləri açılmayıb. Bununla da “Baku Steel Company” inşaat armaturu və digər metal məhsulların istehsalında tam inhisar yaradıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın